Zədəsini sağaltdı – millimizin müdafiəçisibackend

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Sportfan.az xəbər verir ki, komanda pley-offun yarımfinal mərhələsi çərçivəsində sabah “Mariupol”u qəbul edəcək.

Zədə səbəbindən son oyunları buraxan Paşayev artıq tamam sağalıb. Kollektivlə bir neçə məşqdə iştirak edən cinah müdafiəçisi sabahkı qarşılaşmaya hazırdır.

Qeyd edək ki, sabah keçiriləcək “Aleksandriya” – “Mariupol” görüşü Bakı vaxtı ilə 20:30-da başlayacaq.