Zidan “Real”ı tərk edir? – Açıqlamabackend

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.

Sportfan.az xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə “kral klubu”ndan ayrılmayacağını bildirib:

“Fövqəladə bir şey olmayana qədər “Real”ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq”.

Qeyd edək ki, “Real” iki oyunun toplamında “Mançester Siti”yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.(qol.az)