“Zirə” “Səbail”ə qalib gəldi – Yenilənibbackend

Azərbaycan Premyer Liqasında bu gün 2-ci turun daha 1 oyunu keçirilib.

Sportfan.az xəbər verir ki, “Səbail” doğma meydanda “Zirə” ilə qarşılaşıb. “ASCO Arena”da oynanılan görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Bununla da, “Zirə” baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi qələbəsini qazanıb. Komanda isə turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Xatırladaq ki,  çempionat oyunlarına koronavirus səbəbindən azarkeşlər buraxılmır.

12 sentyabr (şənbə)

19:00. “Səbail”– “Zirə” – 1:2
Qollar: 
Volkov, 47 (0:1), Ruslan Qurbanov, 67-pen (0:2), Urfan Abbasov, 80-pen (1:2)
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
“ASCO Arena”

13 sentyabr (bazar)

19:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
“Bank Respublika Arena”

11 sentyabr (cümə)

21:00. “Keşlə” – “Qarabağ” – 0:0

19:00. “Neftçi” – “Sumqayıt” – 0:2