“Zirə”də daha bir ayrılıqbackend

“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportfan.az xəbər verir ki, Rafael Məhərrəmli yeni mövsümdə Rəşad Sadıqovun çalışdıracağı komandada yer almayacaq.

21 yaşlı müdafiəçi özü də sosial şəbəkə vasitəsilə qəsəbə təmsilçisinə təşəkkür edib. Müqavilə ilə “Qarabağ”a məxsus olan sağ cinah oyunçusunun “Zirə” ilə icarə müddəti başa çatıb. Rafael eyni zamanda Azərbaycanın U-21 millisinin üzvüdür.