“Zirə”də serbiyalı müdafiəçi- RƏSMİbackend

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Sportfan.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi  Lazar Corceviçi transfer edib. 28 yaşlı serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lazar Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, “Radinçki”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarnda çıxış edib.