“Zirə”də yeni müqavilə- RƏSMİbackend

“Zirə” Cəlal Hüseynovla yeni müqavilə imzalayıb.

Sportfan.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi. Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər komandamızda çıxış edəcək.

Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.