“Zirə”dən daha 4 yeni transfer- RƏSMİbackend

“Zirə” PFK yeni futbolçularla müqavilə bağlayıb.

Sportfan.az xəbər verir ki, bu haqda klubun rəsmi açıqlamasında bildirilir. Klub Şəhriyar Rəhimov (son komandası “Səbail”) və Ruslan Qurbanovla (“Keşlə”) iki, Rəşad Əzizli (“Keşlə) və Tural Bayramlı (“Keşlə”) ilə isə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, dünən “Zirə” Klesio Bauk (“Qəbələ”), Rəşad Eyyubov (“Sabah”), Kərim Diniyev (“Sabah) və Sərtan Taşqınla (“Sumqayıt”) da müqavilə bağladığını açıqlayıb.

Əlavə edək ki, yeni baş məşqçi Rəşad Sadıqovun gəlişindən sonra bu, “Zirə”nin həyata keçirdiyi 8-ci transferdir.